Bakı. Trend:
Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.
Trend-in məlumatına görə, o, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, aprelin 7-də isə Moldova – Kipr matçlarının baş hakimi olacaq. Həmçinin, aprelin 4-də Estoniya – Moldova oyununda dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Digər azərbaycanlı hakim Gülnurə Əkbərzadə isə bu qarşılaşmalarda köməkçi hakim qismində çıxış edəcək.
Qeyd edək ki, qrupun oyunları Moldovada keçiriləcək.