Bakı.Trend:
Malayziyada paytaxt Kuala-Lumpurun şəhər kənarından keçən qaz boru kəmərində güclü yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
Qəza nəticəsində 30-dan çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilir. Yaxınlıqda yerləşən evlərin sakinləri məcburi qaydada təhlükəsiz ərazilərə təxliyə olunub.
Qaz kəməri yaxınlığında 3 yanacaqdoldurma məntəqəsinin partlama təhlükəsi olduğundan, maşınlar obyektlərin ərazilərinə buraxılmır. Hadisə yerinə səfərbər olunmuş yanğınsöndürənlər alovun daha geniş ərazilərə yayılmasının qarşısını almağa çalışır.