...

Martda neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib?

Cəmiyyət Materials 1 Aprel 2025 12:46 (UTC +04:00)
Martda neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025-ci tədris ilinin yaz semestrinin mart ayı üzrə Fonda məxsus elektron portala 2336 müraciət daxil olub, onlardan 1296 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, rəsmiləşdirilən müqavilələrdən 424 sosial növ təhsil tələbə krediti, 872 standart növ təhsil tələbə krediti təşkil edir:

"Ümumiyyətlə, Fond fəaliyyətə başladığı gündən bu günədək elektron portala 66054 müraciət daxil olub, bunlardan 52117 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Bu müqavilələrdən 17994 (34.53%) sosial növ təhsil tələbə krediti, 34123 (65.47%) isə standart növ təhsil tələbə krediti təşkil edir".

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin yaz semestri üzrə müraciət dövrü davam etməkdədir və müraciətlərin qəbulu semestr sonuna qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti