...

Mixael Şumaxerin “Ferrari F2001” bolidi rekord məbləğə satılıb

İdman Materials 26 May 2025 06:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfsanəvi alman pilot Mixael Şumaxerin “Ferrari F2001” yarış avtomobili “RM Sotheby's” hərracında 18,17 milyon dollara satılıb.

Trend xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Şumaxer bu bolidlə 2001-ci ildə “Formula-1” üzrə dünya çempionatında çıxış edib, o cümlədən Monako və Macarıstan Qran-prilərində qalib gəlib və həmin mövsümdə dünya çempionu titulunu qazanıb.

Qeyd olunur ki, bu, Mixael Şumaxerin indiyədək hərracda satılmış ən bahalı bolididir.

Xəbər lenti

Xəbər lenti