...

PSJ-nin futbolçusu dünya çempionatının startını buraxacaq

İdman Materials 8 İyun 2025 04:44 (UTC +04:00)
PSJ-nin futbolçusu dünya çempionatının startını buraxacaq

Bakı. Trend:

Usman Dembele klublararası dünya çempionatının startını buraxacaq.

Trend xəbər verir ki, PSJ və Fransa millisinin cinah oyunçusu Millətlər Liqasının yarımfinalında İspaniya ilə oyunda (4:5) bud əzələsindən zədələnib.

RMC Sportun məlumatına görə, futbolçunun bərpası 2-3 həftə çəkəcək. O, 14 iyunda start götürəcək klublararası dünya çempionatının qrup mərhələsini buraxacaq, amma parislilər qrupdan çıxa bilsə, pley-off oyunlarında iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti