...

DÇ-2026: Seçmə mərhələnin III turunda 6 oyun keçirilib

İdman Materials 8 İyun 2025 10:35 (UTC +04:00)
DÇ-2026: Seçmə mərhələnin III turunda 6 oyun keçirilib

Bakı. Trend:

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində III tura start verilib.

Trend-in məlumatına görə, iyunun 7-də keçirilən oyunlarda üç qrup üzrə ümumilikdə 6 qarşılaşma baş tutub.

K qrupunda Andorra ilə səfər matçına çıxan İngiltərə millisi 1:0 hesabı ilə qalib gələrək ardıcıl üçüncü qələbəsini qazanıb və qrup liderliyini möhkəmlədib.

G qrupunda isə Niderland səfərdə Finlandiyanı 2:0 hesabı ilə məğlub edərək seçmə mərhələdə ilk üç xalını əldə edib.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

7 iyun
DÇ-2026, seçmə mərhələ – III tur

G qrupu
Malta – Litva 0:0
Finlandiya – Niderland 0:2
(Qollar: M.Depay, 6; D.Dumfris, 23)

H qrupu
Bosniya və Herseqovina – San Marino 1:0
(Qol: E.Ceko, 66)
Avstriya – Rumıniya 2:1
(Qollar: M.Qreqorits, 42; M.Sabitzer, 60 – D.Alibek, 90+5)

K qrupu
Andorra – İngiltərə 0:1
(Qol: H.Keyn, 50)
Albaniya – Serbiya 0:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti