...

Spaletti “Yuventus”un yeni baş məşqçisi olub

İdman Materials 30 Oktyabr 2025 22:39 (UTC +04:00)
Spaletti “Yuventus”un yeni baş məşqçisi olub

Bakı. Trend:

İtaliyanın “Yuventus” komandasının yeni baş məşqçisi məlum olub.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.

Turin klubunun rəhbərliyi italiyalı məşqçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, bundan əvvəl İqor Tüdor “Yuventus”un baş məşqçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti