...

Vergi borcunu ödəməyən şəxslərin ölkədən çıxışı məhdudlaşdırıla bilər (SİYAHI)

İqtisadiyyat Materials 24 Avqust 2016 15:32 (UTC +04:00)

Bakı. Trend:

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin adları açıqlanıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi  vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslər

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti