...

Azərbaycana uçan lou-kosterlərin sayı artır

İqtisadiyyat Materials 22 Sentyabr 2016 14:39 (UTC +04:00)
Rusiyanın büdcə aviadaşıyıcısı "Pobeda" oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Azərbaycana uçan lou-kosterlərin sayı artır

Bakı. Trend:

Rusiyanın büdcə aviadaşıyıcısı "Pobeda" oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Administrasiya müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 4 dəfə yerinə yetirmək, sorğusundan sonra verib.

Uçuşların bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə flydubai, WizzAir, Pegasus və airBaltic büdcə aviaşirkətləri uçuşlar həyata keçirir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti