...

H.Əliyev adına NEZ-in yenidən qurulması ilə bağlı ictimai dinləmələr

İqtisadiyyat Materials 5 Oktyabr 2016 12:25 (UTC +04:00)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.
H.Əliyev adına NEZ-in yenidən qurulması ilə bağlı ictimai dinləmələr

Bakı. Trend:

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Dinləmələr noyabrın 2-də saat 10:00-da NEZ-in Modernizasiya və Yenidənqurma İşləri üzrə ofis binasında keçiriləcək. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, həmçinin layihə çərçivəsində tikiləcək Bitum qurğusunun inşası və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti