Bakı. Trend:
Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin aşağı səviyyədə olması ABŞ-dan ixracat üçün və xaricdə investorların fəallığına müsbət təsir göstərir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu FED-in rəhbəri Canet Yellen Bostonda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, araşdırma göstərib ki, valyuta siyasətinin yumşaldılması müsbət haldır.