Bakı. Trend:
Bu gün Bakıda “Uber” sifariş etdikdə istifadəçilər tətbiqdə qeyri-adi avtomobillər görə biləcəklər: Azərbaycanın Müstəqillik Günü münasibəti ilə “uberX” avtomobilləri smartfonun ekranında milli bayrağın rənglərinə boyanıb. Aksiya bütün gün ərzində davam edəcək.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Bununla belə, “Uber”də gedişin keyfiyyət və etibarlılığı həmişəkindən fərqlənməyəcək. Bakı sakinləri və paytaxtın qonaqlarına nəzakətli və səliqəli sürücülər xidmət göstərir, yaxşı avtomobillər təqdim olunur, avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtı isə təxminən 5 dəqiqəyə yaxındır.
Azərbaycanın Müstəqillik Günündə və digər adi günlərdə gediş haqqı dəyişməz qalıb: “uberX” ilə avtomobilin sifariş ünvanına çatdırılma qiyməti 0,55 AZN, hər dəqiqəyə görə 0,02 AZN, hər kilometr üçün 0,34 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır); “UberSELECT” ilə isə müvafiq olaraq 0,80 AZN, 0,03 AZN və 0,40 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır).
İstifadəçilər gediş qiymətini gedişdən öncə tətbiq vasitəsi ilə hesablaya və bu məbləği yol yoldaşları arasında bölə biləcəklər. Müvafiq seçimlər tətbiqdə təklif olunur.
“Uber” Bakıda 2015-ci ilin aprel ayından fəaliyyət göstərir və qısa bir müddət ərzində bu tətbiq şəhər həyatının ayrılmaz hissəsinə çevrildi. Şirkət avtomobillərin rənglərini şəhər və ölkə üçün əlamətdar tarixlərdə dəyişir. Belə ki, Belarus və Rusiyada Kosmonavtika günü münasibəti ilə avtomobillər tətbiqdə raket formasını almışdı. Bəzi Avropa ölkələrində isə “Uber” avtomobilləri “Euro 2016” futbol çempionatı zamanı milli yığma komandaların oynadığı zaman bayrağın rənglərini alırdı. 4 iyul tarixində isə “Uber” Astanada Paytaxt günü münasibətilə avtomobilləri tətbiqdə milli bayrağın rənglərinə boyamışdı.