...

Azərbaycan və İraq aviasiya administrasiyaları arasında danışıqlar aparılıb

İqtisadiyyat Materials 19 Oktyabr 2016 11:39 (UTC +04:00)
Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Azərbaycan və İraq aviasiya administrasiyaları arasında danışıqlar aparılıb

Bakı. Trend:

Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti