...

Bakıda Hindistan və Azərbaycan arasında Hökumətlərarası Komissiyanın iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 26 Oktyabr 2016 17:11 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Ticarət və Sənaye Nazirliyinin idarə rəisi Sunil Kumar bu gün Bakıda Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə S.Kumar ikitərəfli ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, elm və texnologiya sahələri daxil olmaqla, bütün sahələrdə Hindistanın Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu bildirib.

S.Kumar 25-26 oktyabrda Bakıda keçirilən Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak edən Hindistan nümayəndə heyətinə rəhbərlik edir. İki nümayəndə heyətinin görüşündən sonra S.Kumar və Energetika Nazirinin müavini Gülməmməd Cavadov ticarət, sərmayə qoyuluşu, nəqliyyat, energetika, sənaye istehsalı, kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq, təhsil və informasiya texnologiyası sahələrində əməkdaşlığın daha da genişləndirməsi məqsədilə protokol imzalayıblar.

S.Kumar qeyd edib ki, ölkəsi Azərbaycan, İran, Hindistan və Rusiyanın birgə təsis etdiyi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri qiymətləndirir. O, bildirib ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi regional iqtisadi və ticarət mübadilələrinə böyük təkan verəcək və gələcək illərdə regional nəqliyyata çevriləcək. O, həmçinin qeyd edib ki, Hindistan yükün bu marşrutla sürətli və səmərəli hərəkət etməsini təmin etmək məqsədilə gömrük və digər prosedurları səmərələşdirmək üçün bütün tərəfdaşlar arasında əlaqələndirmənin yaradılmasını dəstəkləyib.

Hindistanın Azərbaycanla dostluq və sıx münasibətlərə malikdir. Hindistan Azərbaycanı tanıyan və diplomatik münasibətlər quran ilk ölkələrdən biri olub.

Hindistanın səfiri Sanjay Rana qeyd edib ki, Hindistan-Azərbaycan əlaqələri güclü siyasi münasibətlər əsasında daha da güclənməkdə davam edir və qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir.

Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə 28% artıb. Hindistanın ONGC-Videsh şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tərəfdaşıdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı məqsədilə addımlar atır və Hindistan şirkətləri kənd təsərrüfatı, sənaye istehsalı, əczaçılıq və informasiya texnologiyaları kimi sahələrdə qeyri-neft sektorunun inkişafı üçün imkanlardan istifadə etməkdə maraqlıdırlar. Hindistanın əczaçılıq məhsulları və dərmanları münasib qiymətə əldə oluna biləcək yüksək keyfiyyətə malikdir və Hindistan dərmanlarının Azərbaycanda mövcudluğu bütün tərəflər üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti