...

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək

İqtisadiyyat Materials 31 Oktyabr 2016 12:02 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı ( privatization.az), habelə rəsmi internet saytı ( emdk.gov.az ) vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.

İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və komitənin ərazi şöbələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. 1 noyabr hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatları aşağıdakı linklərdən əldə etmək mümkündür:

Kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/u2fIhb

Təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/jYbCZx

Nəqliyyat vasitələrinin siyahısı: https://goo.gl/AyWsnj

Pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri: https://goo.gl/Ks7BCd

Hərracı izləmək istəyən media nümayəndələrinin 1 noyabr tarixində saat 10:00-da Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yanı) olmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti