Dünya reytinqində “Böyük dördlük”dəki şirkət özəlləşdirməyə cəlb olunub

Dünya reytinqində “Böyük dördlük”dəki şirkət özəlləşdirməyə cəlb olunub

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi ilə “PricewaterhouseCoopers” (PwC) şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Komitədən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi istiqamətində növbəti mühüm addım atıb. Bu məqsədlə Komitə ilə dünya reytinqində “Böyük dördlük” şirkətlərindən biri kimi tanınan “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bildirilir ki, ilin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb. Professional xidmətləri ilə dünyada öz sözünü demiş “PwC” şirkəti Azərbaycanda start götürən özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış memoranduma əsasən PwC ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb. Dəyirmi masaların təşkili və intensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır. Məqsəd bu sahədə yerli və xarici iş adamlarının marağını cəlb etmək, onların gözləntilərini nəzərə almaqdır. Özəlləşdirmə prosesində beynəlxalq təcrübəyə əsasən müasir yanaşmaların və innovasiyaların tətbiqi isə prosesin effektivliyini daha da artıracaq.

Qeyd olunduğu kimi, komitə tərəfindən belə əməkdaşlıqların digər beynəlxalq nüfuzlu məsləhətçi şirkətlər ilə də qurulması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə özəlləşdirməyə açılan sahələr və müəssisələrə xarici investisiyaların yatırılması onların daha kompleksli və əsaslı fəaliyyətinə yeni imkanlar açır. Özəlləşmiş müəssisələrdə rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların istehsalına şərait yaradır. Bu isə öz növbəsində ixrac potensialının gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünyada tanınması prosesinə dəstək verəcək. Yekunda dövlət büdcəsinə daxilolmalar artacaq, regionların iqtisadi potensialı güclənəcək və ölkədə biznes mühiti daha da yaxşılaşacaq. Bu isə son nəticədə ölkədə iqtisadi aktivliyi və büdcə yükünün azaldılmasını təmin edəcək.

Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Zərdabda yük maşını yanıb
Zərdabda yük maşını yanıb
Bakıda tikiş sexi və ona bitişik anbar yanıb
Bakıda tikiş sexi və ona bitişik anbar yanıb
Loading Bars
Xəbər lenti
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib (FOTO)
Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Zərdabda yük maşını yanıb
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
Yüksək bal toplamış kursantlarla görüş keçirilib
Məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı artırıldı - QƏRAR
ABŞ-da "TikTok" yükləmək qadağan edilir
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
Azərbaycan gəncləri BMT-nin strateji sənədinin hazırlanmasına kömək edir (FOTO)
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
Səyyar ASAN xidmət davam edir
Tofiq Yaqublu barədə hökmün dəyişdirilməsi bəzi hadisələri yersiz siyasiləşdirən qüvvələrin iflası oldu - Aydın Quliyev
İşçilər bu sığorta növünü tələb etməlidirlər
Bakıda tikiş sexi və ona bitişik anbar yanıb
Elman Paşayev vəkil statusundan məhrum edildi
Rezidenturaya qəbul imtahanı başa çatıb
Tofiq Yaqubludan istifadə edənlər onun həyatı bahasına belə olsa, öz çirkin niyyətlərindən sonadək əl çəkmədilər - Deputat
YAP-da “Əsrin müqaviləsi və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Bakı Yunus Emre İnstitutu türkcə yetərlilik imtahanı keçirib (FOTO)
Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib
Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var
Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
Prokurorluq Xaçmazda ər-arvadın güllələnərək qətlə yetirilməsilə bağlı məlumat yaydı
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür - BAXCP sədrinin müavini
Sentyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı (ƏLAVƏ OLUNUB) (FOTO)
Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub
Rusiya Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
ETSN: Odunun bir kub metrinin 15 manata satılması nəzərdə tutulur
Məktəbəhazırlıq qruplarına 26 459 uşaq qeydiyyatdan keçib
AQTİ laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib (FOTO)
Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq
Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
“Çıraqqala”ya meşənin içindən piyadalar üçün yol salınıb - RƏSMİ
"Yüksəliş" müsabiqəsi Dövlət Miqrasiya Xidmətinin rəisinin təqdimatında vebinar təşkil edib (FOTO)
Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı (YENİLƏNİB)
Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir
Rusiyada mer koronavirusdan ölüb
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq etdi
ETSN: Meşələrdə yanğın halları azalıb
YAP Gəncə şəhər təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib (VİDEO)
İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq
Eldar Həsənovun növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edildi
Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib (FOTO)
Meşədə gizli şəkildə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib (FOTO)
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Azərbaycanda qızıl və gümüş bahalaşır
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)
Dağlıq Qarabağın azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Bütün xəbərlər