...

“Bank Silk Way”ın yeni saytı istifadəyə verilib

İqtisadiyyat Materials 8 Noyabr 2016 13:12 (UTC +04:00)
“Bank Silk Way”ın yeni saytı istifadəyə verildi – Bizimlə güvənlidir.
“Bank Silk Way”ın yeni saytı istifadəyə verilib

Bakı. Trend:

“Bank Silk Way” tam yenilənmiş www.banksilkway.az korporativ saytını istifadəyə verib. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir.

Bankdan Trend-ə verilən məlumata görə, sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır. Saytın birinci səhifəsində istifadəçilər yeni bank məhsulları, digər yeniliklər və dəyişikliklər haqqında məlumat ala biləcəklər. “SW Bank Miles” lahiyəsi və “SW Club” endirim sistemi haqqında hər bir məlumatı rahatlıqla əldə edə biləcəklər. Eyni zamanda saytda plastik kartların onlayn sifarişi, kredit və kommunal borcların onlayn ödənişi, onlayn məsləhətçi və “mənə zəng” xidmətləri də təqdim olunub. Saytda həmçinin Bankın fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri Miles kartı ilə ödəyən kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.
Ödənişləri "miles kartları" ilə həyata keçirin - endirimlər və ballar qazanın.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. https://www.fb.com/swbankmiles

Məqalədə:
Xəbər lenti

Xəbər lenti