...

“Laçın qaçqınları” yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq

İqtisadiyyat Materials 30 Noyabr 2016 07:49 (UTC +04:00)
Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq
“Laçın qaçqınları” yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. Trend:

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend-ə SOCAR-dan verilən məlumata görə, təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti