...

Sahibkarlar sığorta agentlərinin fəaliyyətindən məmnundurlar

İqtisadiyyat Materials 22 Dekabr 2016 12:50 (UTC +04:00)
“Media Consulting and Services” konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirib.
Sahibkarlar sığorta agentlərinin fəaliyyətindən məmnundurlar

Bakı. Trend:

AXA MBASK SŞ-nin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədi ilə “Media Consulting and Services” konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədqiqatın məqsədi AXA MBASK ilə əməkdaşlıq edən sığorta agentlərin əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, agentlərinin məmnunluq dərəcəsini müəyyən etmək idi. Tədqiqatın nəticələri göstərib ki, 78% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümüdlidir.

Sorğuda iştirak etmiş agentlərin 89%-i AXA MBASK SŞ-nın gələcəyi və sığorta sektoruna verdiyi qatqıdan ümüdlidirlər. Respondentlərin 93%-i AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar Şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər (keçən ilə nisbətən 2% yüksəlib). Bu da, daha çox agentin öz gələcəyini AXA MBASK-la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir.

Müəyyən edilib ki, sığorta agentlərinin 42%-i 4 ildən artıq müddətdə AXA MBASK-la əməkdaşlıq edir. Vurğulamaq lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir.

Bu, Şirkətin keçirtdiyi ikinci sorğudur. AXA MBASK SŞ gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti