...

Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək

İqtisadiyyat Materials 21 Yanvar 2017 17:31 (UTC +04:00)
SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı Günter Ötinger və onun ofisin rəhbəri cənab Mixael Hager arasında görüş keçirilib.
Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək

Bakı. Trend:

Davos Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı Günter Ötinger və onun ofisinin rəhbəri Mixael Hager arasında görüş keçirilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılıb.

G.Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti