...

Azərbaycan ABŞ-da “Dənizdə Texnologiyalar konfransı”nda təmsil olunur

İqtisadiyyat Materials 1 May 2017 11:01 (UTC +04:00)
ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.
Azərbaycan ABŞ-da “Dənizdə Texnologiyalar konfransı”nda təmsil olunur

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Twitter səhifəsində yazıb.

Görüşdə ABŞ-ın Bakıdakı səfiri Robert Cekuta da iştirak edib.

Qeyd edək ki, N.Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 1-4 may tarixlərində Texas ştatının Hyuston şəhərində keçirilən neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar konfransı”nda iştirak edir.

Konfransda N.Əliyevin çıxışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti