...

"A-Qroup"dan "Hospitalİty" xidməti

İqtisadiyyat Materials 11 May 2017 14:57 (UTC +04:00)
2017-ci ilin mart ayından etibarən Azərbaycana gələn turistlərə A-Qroup Sığorta Şirkəti “Hospitalİty” Medical İnsurance for Tourists - Tibbi sığorta üzrə yeni xidmət hazırlayıb.
"A-Qroup"dan "Hospitalİty" xidməti

Bakı. Trend:

Son illərdə turistlərin Azərbaycana marağının artması müşahidə olunur. Respublikamıza turist axınını nəzərə alaraq, 2017-ci ilin mart ayından etibarən Azərbaycana gələn turistlərə A-Qroup Sığorta Şirkəti “Hospitalİty” Medical İnsurance for Tourists - Tibbi sığorta üzrə yeni xidmət hazırlayıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

A-Qroup-dan tibbi sığorta polisi əldə edən respublikamızın qonaqları özlərini səyahət zamanı gözlənilməyən hadisələrdən qoruya biləcəklər.

Sığorta hadisəsi zamanı “Hospitalİty” xidməti aşağıdakıları təmin edir:

Təcili Tibbi Yardım;
Təcili Xəstəxanaya yerləşdirmə;
Təcili Stomatoloji Yardım;
Təcili Peyvənd;

“Hospitalİty” polisini A-Qroup Sığorta Şirkətinə müraciət etməklə və insure.az saytında online sifariş verməklə əldə edə bilərlər.

A-Qroup dinamik inkişaf edir, 21 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti