...

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

İqtisadiyyat Materials 12 İyun 2017 14:14
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq bir daha bildiririk ki, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-30-da yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, www.ady.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti