...

Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

İqtisadiyyat Materials 23 İyun 2017 15:39 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2017 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanda 2-ci dəfə keçiriləcək dünyaca məşhur “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti