...

Beynəlxalq investorlardan qərar: "DəmirBank"ın kapitalı artırılacaq

İqtisadiyyat Materials 11 İyul 2017 15:28 (UTC +04:00)

Bakı. Trend:

11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artırılmasına qərar verib.

Bankdan Trend-ə verilən məlumata görə, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır.

İyunun 29-da kompleks yenidən kapitallaşma planı ilə bağlı maliyyə nizamlayıcısı Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirilib. Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək "DəmirBank"ın əsas səhmdarları olacaqlar.

Bildirilir ki, hazırda "DəmirBank"ın İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifələrini Oktay Əliyev yerinə yetirir. Bu vəzifəyə müvəqqəti olaraq təyin edilmiş təcrübəli bankir 25 il ərzində "DəmirBank"da İdarə Heyətinin sədr müavini və baş direktor kimi vəzifələri uğurla yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti