...

Azərbaycan Kiyevdə keçirilən beynəlxalq aviasiya toplantısında iştirak edib

İqtisadiyyat Materials 24 İyul 2017 10:30 (UTC +04:00)
Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib.
Azərbaycan Kiyevdə keçirilən beynəlxalq aviasiya toplantısında iştirak edib

Bakı. Trend:

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib. İclasda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

Bu barədə Trend-ə Administrasiyanın mətbuat xidmətindən məlumat verilib.

İşçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilmişdi. Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulub. Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə həmçinin, yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilib.

İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilib, proqram çərçivəsində gələcək addımlar müzakirə olunub və EASA komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilib.

Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının ("dronlar") əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə İCAO-nun universal proqramı çərçivəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti