...

"Aquatherm Baku 2017" sərgisi keçiriləcək

İqtisadiyyat Materials 12 Sentyabr 2017 10:54 (UTC +04:00)
Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisi keçiriləcək.
"Aquatherm Baku 2017" sərgisi keçiriləcək

Bakı. Trend:

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisi keçiriləcək.

Bu barədə Trend-ə ITECA-dan məlumat verilib.

Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub. Sərgi hər il minlərlə insan tərəfindən ziyarət olunur (ötən il ziyarətçilərin sayı 8085 nəfər təşkil etmiş, 93% bu sahənin peşəkarları təşkil edib, 67% isə yeni işgüzar əlaqələr qurublar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti