...

Tibbi Sığortada yeni söz

İqtisadiyyat Materials 19 Oktyabr 2017 11:35 (UTC +04:00)
Rahat, sürətli və asan - xidmət keyfiyyətinin mükəmməlləşdirilməsi məqsədi ilə bu yaxınlarda A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin xidmətinə təqdim etdiyi “A-GROUP MOBİLE CONCİERGE” mobil tətbiqini məhz belə xarakterizə etmək olar.
Tibbi Sığortada yeni söz

Bakı. Trend:

Rahat, sürətli və asan - xidmət keyfiyyətinin mükəmməlləşdirilməsi məqsədi ilə bu yaxınlarda A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin xidmətinə təqdim etdiyi “A-GROUP MOBİLE CONCİERGE” mobil tətbiqini məhz belə xarakterizə etmək olar.

Diqqətinizə çatdırmaq istərdik ki, mobil tətbiq aşağıdakılarla təmin edir:

“SOS” düyməsi vasitəsilə Təcili Tibbi Yardım briqadasını çağırılması;
Ən yaxın klinika, aptek və optika mərkəzinin tapılması;
Seçilmiş həkimin qəbuluna online yazılmaq və həkimi qiymətləndirmək;
Sığorta ödənişinin alınması üçün sənədləri online təqdim etmək;
Dərmanları axtarmaq və istifadəsi üzrə təlimatla tanış olmaq;
Sığorta şəhadətnaməsi üzrə sığorta haqqını hesablanmaq (Sığorta kalkulyatoru) və s.

Yenilənmiş “A-GROUP MOBİLE CONCİERGE” mobil tətbiqi daha da səmimi oldu J. Artıq hər dəfə mobil tətbiqə daxil olanda o öz istifadəçilərini salamlayır.

Artıq Sığortalının mobil tətbiqə özü haqqında məlumatı (ASA, telefon, polis nömrəsi) bir dəfə daxil edir və məlumat yaddaşda qalır.

Sığortalıya həkimə yazılmaq daha da asan oldu - lazım olan həkimin üzərinə basmaqla, ona uyğun vaxtı seçmək kifayət edir ki, mütəxəssis qeyd olunmuş gündə və saatda onu gözləsin.

Bundan əlavə sığortalı həkim qəbulunda olduqdan sonra mobil tətbiqdə onu qiymətləndirə və öz rəyini yaza bilər bu isə digər istifadəçilərə lazımi mütəxəssisin axtarışında yardımçı ola bilər.

Apteklər, Optika və Klinikalar axtarışı yenilənmiş və daha da asanlaşdırılmışdır.

Kasko haqqında da düşündük- SOS YNH: Sığortalının SOS düyməsini basması ilə Sığorta şirkəti dərhal hadisənin yerini müəyyən edir və hadisə yerinə qəza komissarından əlavə Evakuator və Təcili Tibbi Yardım briqadası yollanır.

Yenilənmiş versiya - sadəcə tərtibatın dəyişdirilməsi və əlavə funksiyalar deyil, bu emosiya və yaxşı əhval ruhiyyəyə fərqli yanaşmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti