...

Fərqlilərdən daha bir yenilik

İqtisadiyyat Materials 25 Oktyabr 2017 14:41 (UTC +04:00)
A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin xidmətinə təqdim etdiyi “A-GROUP MOBİLE CONCİERGE” mobil tətbiqini SOS YNH funksiyasını əlavə edərək göstərilən xidmətlərin keyfiyyətini daha da artırdı.
Fərqlilərdən daha bir yenilik

Bakı. Trend:

Müasir dövrdə vaxt itkisinin aradan qaldırılması üçün texnoloji yeniliklərdən istifadə qaçılmazdır. Sığorta sahəsində bu yeniliklərlə daim diqqət çəkən A-Qroup sığorta şirkəti müştərilərinə olan "sevgisini" bir daha sübut etdi.

Bu yaxınlarda A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin xidmətinə təqdim etdiyi “A-GROUP MOBİLE CONCİERGE” mobil tətbiqini SOS YNH funksiyasını əlavə edərək göstərilən xidmətlərin keyfiyyətini daha da artırdı.

Artıq telefonla zəng etməyə, hadisə yerini izah etməyə, təcili yardım və evakuator çağırmaq üçün qəza komissarını gözləməyə ehtiyac qalmayacaq. Bütün bunları bir düymə ilə həll etmək mümkündür.

Qəza komissarını çağır-xəritədə yeriniz görsənir və qəza komissarı dərhal hadisə yerinə yaxınlaşır;

Təcili Tibbi Yardımı çağır- hadisə zamanı xəsarət alan varsa qəza komissarını gözləmədən Təcili Tibbi Yardım xidmətini hadisə yerinə çağırırsınız;

Evakuatoru çağır- Avtomobiliniz istifadə üçün yararsız vəziyyətə gəlmişsə evakuator xidməti hadisə yerinə tələsəcəkdir;

Yenilənmiş versiya - sadəcə tərtibatın dəyişdirilməsi və əlavə funksiyalar deyil, bu emosiya və yaxşı əhval ruhiyyəyə fərqli yanaşmadır.

A-Qroup özünün yeni mobil tətbiqi ilə "Biz fərqliyik" çüarına sadiq olduğunu bir daha göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti