...

Azərbaycan-Türkiyə arasında protokol imzalanıb - beynəlxalq daşımalarla bağlı (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 12:16 (UTC +04:00)
Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib.
Azərbaycan-Türkiyə arasında protokol imzalanıb - beynəlxalq daşımalarla bağlı (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələr arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanla Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2018-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti