...

PwC Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 1 Dekabr 2017 11:43 (UTC +04:00)
PwC Azərbaycan şirkəti 28-30 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda keçirilən konfransda iştirak edib.
PwC Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan şirkəti 28-30 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilmiş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda keçirilən konfransda iştirak edib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkət öz qonaqlarını bir çox beynəlxalq və yerli ziyarətçilərin maraq göstərdikləri xüsusi pavilyonda qəbul edib.

29 noyabr 2017-ci il tarixində PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi ilə bağlı müzakirədə çıxış edib. O, xüsusilə aşağıdakıları söyləyib: "Son dövrdəki iqtisadi böhran Azərbaycana müsbət təsir göstərmişdir. Belə ki, dövlət müəssisələri və özəl sektor öz strategiyalarını, biznes və əməliyyat modellərini yenidən nəzərdən keçirməli olmuşdurlar. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin uğurla davam etdirilməsi üçün şəffaf maliyyə hesabatları, korporativ idarəetmə və optimal xərc strukturu əsas amillər hesab olunur".

PwC bütün sahələrdə etimad yaratmaq üçün şirkət sahiblərini, tikinti və turizm şirkətlərini, investorları və digər maraqlı tərəfləri dəstəkləyir. Daşınmaz əmlak sahəsində peşəkar mütəxəssislərdən təşkil olunmuş qlobal şəbəkəmiz öz müştərilərinə kapital bazarları, sistemlərin təhlili və tətbiqi, tədqiqat, mühasibat uçotu və vergi sahəsində ixtisaslaşmış və müvafiq səriştəli mütəxəssislərdən ibarət komanda yaratmaq imkanı verir. Konsaltinq şirkəti kimi həyata keçirdiyi sövdələşmələrin sayına görə dünyada birinci yerdə olan PwC şəbəkəsinə daşınmaz əmlak və korporativ maliyyə sektorunda ixtisaslaşmış 1900-dən çox mütəxəssis daxildir.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq. PwC-nin Bakı ofisində 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

© 2017 PwC. Bütün hüquqlar qorunur. PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 1578 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 236,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti