...

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edəcək

İqtisadiyyat Materials 21 Dekabr 2017 12:54 (UTC +04:00)
Dekabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqanda Beyləqan, Fizuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Dekabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqanda Beyləqan, Fizuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Beyləqan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti