...

Ölkə əhalisinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi ƏLBƏTTƏ Kİ...

İqtisadiyyat Materials 26 Yanvar 2018 20:46 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 226,4 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, yüklərin 3,7 faizi dəniz, 6,4 faizi dəmir yolu, 0,1 faizi hava, 63,9 faizi avtomobil nəqliyyatı, 25,9 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,6 faiz artaraq 172,1 milyon ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,4 faiz təşkil edib.

2017-ci ilin yanvar-dekabr aylarında nəqliyyatçılar 1 milyard 973,4 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,2 faiz artaraq 228,8 milyon nəfər olub. Hava nəqliyyatı ilə 2 milyon 358,8 min və ya 19,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Avtomobil nəqliyyatı ilə isə 1 milyard 739,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8 faiz artım qeydə alınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr ayları ərzində 14,4 milyon ton yük, 2,4 milyon sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,0 faiz azalma, sərnişin daşınmasında isə 23,8 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 350 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr aylarında daşınmış yüklərin həcmi 8 milyon 344,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,7 faiz artıb. Yüklərin 48,7 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 10 milyon 769,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 milyon 141,1 min tonunu və ya 94,2 faizini tranzit yüklər təşkil edib.

2018-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 244,7 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,8 faiz azalaraq 17,1 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti