...

"Transxəzər" marşrutunda istismar olunacaq "Balakən" gəmisinin təmiri yekunlaşdı (FOTO)

İqtisadiyyat Materials 30 Yanvar 2018 10:04 (UTC +04:00)
“Balakən” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb.
"Transxəzər" marşrutunda istismar olunacaq "Balakən" gəmisinin təmiri yekunlaşdı (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Balakən” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən də uğurla çıxıb.

QSC-dən Trend-ə verilən məlumata görə, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

“Balakən” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən "Transxəzər" Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir. Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Qeyd edək ki, uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti