...

"PSG-Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını artırır

İqtisadiyyat Materials 5 Mart 2018 12:13 (UTC +04:00)
"PSG-Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalını ikiqat artırır
"PSG-Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını artırır

Bakı. Trend:

"PSG-Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalını ikiqat artırır.

Şirkətdən Trend-ə verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək.

Bununla da "PSG-Kapital İnvestisiya şirkəti" QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.

Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.

​Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti