Bakı. Əli Mustafayev - Trend:
Monteneqro İpək Yolu marşrutunun inkişafına zəruri töhfə verəcək.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında Monteneqro parlamentinin sədri İvan Brayoviç deyib.
İ.Brayoviç bildirib ki, Monteneqro bu marşrutun inkişafına real dəstək verəcək:
"Biz İpək Yolu marşrutunun iştirakçıları üçün əlverişli şərait yaratmaq üzərində işləyəcəyik".
Onun sözlərinə görə, Bakıda keçirilən konfrans virtual məqsədləri təqib etməyəcək:
"Yaxın vaxtlarda layihə tərəfləri əməkdaşlığın səmərəsini görəcəklər".