Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq (FOTO)

Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında, universitetlərin müvafiq kafedralarında çalışan alimlər, media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində müzakirələr aparmaqdır. Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın aktuallığından danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Eyni zamanda, bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.

Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşdı, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görüldü. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev torpaq siyasətinin məntiqi davamıdır.

Komitə sədri bildirib ki, hazırda ölkəmizdə elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. Komitə sədri ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə məlumat verib.

Sədr bildirib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.

Komitə sədri Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakının faydalı olacağını bildirib. Elm adamlarının verəcəyi təkliflər, aparacağı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına səbəb olacaq.

Digər çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Respublikasında uğurla həyata keçirilən aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarından danışıb. Qeyd edib ki, bu konfrans da torpaq idarəçiliyi sahəsində yeni ideyaların, müasir fikirlərin meydana gəlməsinə imkan verəcək.

Daha sonra tədbirdə təqdimatlar və çıxışlar olub. Konfransda AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini, professor Ramiz Quliyev, coğrafiya elmləri doktoru Zakir Eminov və digər alimlər torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi, Azərbaycanda torpaq ehtiyatlarından istifadənin müasir vəziyyəti, ölkədə aparılan torpaqların elektron kadastr uçotu və digər mövzularda məruzələr və təqdimatlarla çıxış ediblər.

Konfransda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorantların və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innovativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir. Müsabiqənin şərtləri yaxın zamanlarda Kütləvi İnformasiya Vasitələrində açıqlanacaq.

Sonda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
ABŞ-ın Luiziana ştatı sahillərində "Zeta" qasırğası baş verib
ABŞ-ın Luiziana ştatı sahillərində "Zeta" qasırğası baş verib
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
ABŞ-ın Luiziana ştatı sahillərində "Zeta" qasırğası baş verib
Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə telefon danışığı olub
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
İtaliyada sutkada koronavirusla yoluxma hallarında rekord artım qeydə alınıb
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Prezident İlham Əliyev: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət
Prezident İlham Əliyev Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib (FOTO)
Prezident İlham Əliyev: İnternetdə nümayiş etdirdiyimiz kadrlar əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir
Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir
Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm
Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq
Prezident İlham Əliyev: Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir
Azərbaycan Prezidenti: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın
Prezident İlham Əliyev Ermənistanın müdafiə naziri haqqında: Necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib
Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Azərbaycan Prezidenti: Bu gün baş verənlər Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur
Prezident İlham Əliyev: Əgər biz razılığa gəlsək erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır
Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Prezident İlham Əliyev: Hər bir insan həyatı dəyərlidir, bizim itkilərimiz minimaldır
Prezident İlham Əliyev: Erməni tərəfinin itkisi 5 mindən çox ola bilər
Ceyhun Bayramov və İsveçrə Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Bərdənin vurulma anı (VİDEO)
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Bütün xəbərlər