Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan qida təhlükəsizliyini gücləndirir.
Trend-in məlumatına görə, bu gün Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Memorandum iki struktur arasında ixrac və idxal edilən məhsulların ekspertiza nəticələri üzrə məlumat mübadiləsini, eləcə də təcrübə mübadiləsini nəzərdə tutur.
Bundan başqa, hər iki struktur ərzaq təhlükəsizliyi üzrə birgə seminarlar keçirməyi öhdəliyə götürür.