...

Qida Təhlükəsizliyi Agentliyində YENİ TƏYİNAT olub

İqtisadiyyat Materials 1 İyun 2018 17:54 (UTC +04:00)
Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.
Qida Təhlükəsizliyi Agentliyində YENİ TƏYİNAT olub

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Trend-ə verilən məlumata görə, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Prezident Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti