...

Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

İqtisadiyyat Materials 11 İyun 2018 18:28 (UTC +04:00)
Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb.
Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb.

Trend-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib ki, statistik göstəricilərə əsasən 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb.

O bildirib ki, ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.

H.Həsənov qeyd edib ki, avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 milyard 273 milyon 879 min manat təşkil edib, sahə üzrə orta aylıq nominal əməkhaqqı isə təxminən 600 manat olub: "Göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəriciləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti