Bakı. Trend:
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti bu həftənin əvvəlindən başlayaraq ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, bitkoin 6,5 min dollara alınıb satılır.
"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,22% ucuzlaşaraq 6,514 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, "Ethereum" 1,68% və ya 486,56 dollaradək, "Ripple" 1,05% (0,55 dollara qədər) , "Bitcoin Cash" 0,54% (866,46 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 279,38 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.