...

Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2018 12:28 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

Cavid Qurbanov bildirib ki, Çexiyanın müvafiq qurumları ilə əlaqələrimiz yüksək səviyyədədir. Belə ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb və layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı-Böyük Kəsik istiqamətində təmir işlərı başa çatmaq üzrədir.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Çexiyanın sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti