...

Sumqayıtda aktiv məşğulluq tədbirində 154 vakant yer təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 6 Oktyabr 2018 20:05 (UTC +04:00)
Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib
Sumqayıtda aktiv məşğulluq tədbirində 154 vakant yer təqdim edilib (FOTO)

Bakı. Tural Turan - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri təqdim ediblər.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələri tədbirdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti