...

A-Qroup-un sığorta mükafatı 1 milyon manat artdı

İqtisadiyyat Materials 6 Noyabr 2018 14:00 (UTC +04:00)
23 ildən artıq sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.
A-Qroup-un sığorta mükafatı 1 milyon manat artdı

Bakı. Trend:

23 ildən artıq sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.

Bu ilin 9 ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 697 708,26 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 1 299 014 AZN çox olub və bu da müqayisədə 38% artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 4 021 107 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub.

KASKO üzrə sığorta haqları 2.5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

2018-ci ilin üç rübündə A-Qroup-un sığortalıları 5 694 958,97 AZN məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 5 451 868,15 təşkil edib.

Ortalama olaraq A-Qroup 2018-ci ilin üç rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirib.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti