...

A-Qroup yenə də öndədir

İqtisadiyyat Materials 5 Dekabr 2018 14:17 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyası rəsmi saytının (www.asa.az) versiyasına görə A-Qroup yenə də birinciliyi qoruyub saxlayıb.
A-Qroup yenə də öndədir

Bakı. Trend:

Azərbaycan Sığortaçılar Assosiasiyası rəsmi saytının (www.asa.az) versiyasına görə A-Qroup yenə də birinciliyi qoruyub saxlayıb.

Sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşma üzrə aparılan reytinqə əsasən müştərilərin ən razı qaldığı sığorta şirkəti A-Qroup olub.

Bu reytinqin nəticəsi yenə də A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət olduğunu təsdiq edir.

On minlərlə insan A-Qroup-a öz daşınmaz əmlakını, maşınlarını, və ən əsasıda öz sağlamlıqlarını etibar edirlər. A-Qroup-un müvəffəqiyyəti onun yüksək səviyyəli xidməti, kreativ yanaşması və işində peşəkarlığıdır.

İnsure.az portalının təqdimatına görə xidmət və müştəri məmnuniyyəti səviyyəsinin müəyyən edilməsi üçün təşkil olunmuş reytinq cədvəlində ikinci yeri 24 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerin sahibləri isə “Qala Həyat Sığorta”, “Paşa Sığorta” və “Xalq Sığorta” şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti