...

Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi KOBİA-nın prioritetlərindəndir (FOTO)

İqtisadiyyat Materials 4 Aprel 2019 15:51 (UTC +04:00)
Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” Sərgisi öz işinə başlayıb.
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi KOBİA-nın prioritetlərindəndir (FOTO)

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” Sərgisi öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, “Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” Sərgisinə KOBİA da dəstək göstərir.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində böyük diqqət göstərildiyini, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqinin bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açdığını vurğulayıb.

Qeyd olunub ki, son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülüb.

Turizm sahəsində sahibkarlığın inkişafının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərdən olduğunu diqqətə çatdıran Agentlik sədri biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində turizm sektorunun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsinin, turizm klasterləşməsinin təşviqinin Agentliyin prioritet hədəflərindən olduğunu bildirib.

Vurğulanıb ki, birgə səylər nəticəsində turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti