...

AXA MBASK Azərbaycanda fəaliyyətini dayandırır

İqtisadiyyat Materials 4 Aprel 2019 20:46 (UTC +04:00)
AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin satılması barədə niyyət sazişi qüvvədən düşüb.
AXA MBASK  Azərbaycanda fəaliyyətini dayandırır

Bakı. Trend:

AXA MBASK Sığorta Şirkəti ASC fəaliyyətini dayandırır.

AXA MBASK Sığorta Şirkətindən Trend-ə verilən məlumata görə, AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşüb.

AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti