...

Cavid Qurbanov Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclasında iştirak edir (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2019 14:42 (UTC +04:00)
Koreyanın paytaxtı Seul şəhərində DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir.
Cavid Qurbanov Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclasında iştirak edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Koreyanın paytaxtı Seul şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

QSC-dən Trend-ə verilən məlumata görə, iclasda 2018-ci il üçün yük daşımaları üzrə DYƏT Komissiyasının fəaliyyət nəticələri, 2018-ci ildə İnfrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupunun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupunun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının XXXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə edilir.

Yekunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti