“İnşaat-İş” Həmkarlar İttifaqında İnşaatçılar günü qeyd edilib

“İnşaat-İş” Həmkarlar İttifaqında İnşaatçılar günü qeyd edilib

Bakı. Trend:

“İnşaat-İş” Həmkarlar İttifaqında İnşaatçılar gününə həsr olunmuş yığıncaq keçirilib.

Trend-in məlumatına görə, tədbiri «İnşaat-İş» Həmkarlar İttifaqının sədri Umud Hüseynov açaraq bu bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycanımızın bütün qurucu insanları bu günü əsil bayram ovqatı ilə qarşılayır, ikiqat sevinc anları yaşayırlar. Odur ki, bu günü bizə ərməğan etmiş Azərbaycan Prezidenti İlham Əliyevə ölkə inşaatçılarının dərin minnətdarlıq duyğularını və sonsuz sevgisini çatdırmaq istərdik. Sözsüz ki, dünyanın ən şərəfli və xeyirxah peşə sahibləri olan inşaatçılar ən yüksək fəxri adlara, böyük titullara və öz peşə bayramlarını yüksək səviyyədə keçirməyə çox layiqdirlər. 2009-cu ilin dekabrında hər il 10 aprel tarixinin respublikamızda «İnşaatçılar Günü» peşə bayramı kimi qeyd olunması barədə Sərəncam imzalandı. Bu sərəncam sənətini sevən hər bir inşaatçını hədsiz sevindirdi. Bu, həm də cənab Prezidentin inşaatçılara olan qayğısı idi. Və 2010-cu ilin aprelin 10-da Opera və Balet Teatrının binasında müstəqillik tariximizin ilk “İnşaatçılar Günü” keçirildi. İnşaatçılarımız ən yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldülər. Və sözün əsl mənasında inşaatçılar tarixi bir gün yaşadılar. Və bu, inşaatçıları tikinti cəhbəsində yeni qələbələrə ruhlandırdı.

Keçirilən tədbirdə Respublika Komitəsinin sədri Umud Hüseynov “ İnşaat-İş” Həmkarlar İttifaqının “inkişafı, problemləri və perspektiv vəzifələri”ndən danışarkən qeyd etdi ki, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan işlər əməyin mühafizəsi, işçilərin sağlamlığı və digər bütün sahələrin fəaliyyətində müsbət irəliləyişlərə təkan vermişdir.

Bu, ilk növbədə həmkarlar ittifaqı komitələrinin xidmətlərinin fəaliyyətlərini peşə xəstəliklərinin qarşısının alınmasına, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də istismar olunan avadanlıqların, texnoloji proseslərin əməyin mühafizəsi və texniki təhlükəsizliyinin tələblərinə uyğun olmasına, zərərli və təhlükəli işlərdə çalışan işçilərin vaxtaşırı təlimatlandırılmasına, tibbi müayinədən keçirilməsinə, işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sıgorta edilməsinə istiqamətləndirilmişdir.

Sədr çıxışında qeyd etdi ki, müəssisə və təşkilatların rəhbərləri ilə birgə fəaliyyətimiz gücləndiilmiş, kollektiv müqavilələr bağlanarkən güzəşt və imtiyazlara geniş yol verilmişdir. Bu məqsədlə “ Üzv müəssisə və təşkilatlarda kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu “ mövzusunda seminar keçirimişdir. Kollektiv müqavilələrdə götürülən öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanır. Sağlam iş şəraiti yaranır. Onun hesabına istehsal göstəriciləri, müəssisə və işçilərin gəlirləri çoxalır.

Çıxışının sonunda bildirdi ki, məşğulluq məsələlərini aradan qaldırmaq üçün ilk növbədə qeyri-formal əmək münasibətləri tənzimlənməlidir. Daimi iş yerlərində müddətli əmək müqavilələrinin bağlanılması, müddətsiz əmək müqavilələrinin müddətli müqavilələrlə əvəz olunması və digər qeyrı-qanuni faktların üzə çıxarılması məqsədilə həmkarlar ittifaqı komitə sədrləri daha da səylə çalışmalıdır. Sonda 2020-ci ildə «İnşaatçılar Günü» peşə bayramının 10 illik yubileyinin təntənəli qeyd olunması diləyi ilə bütün inşaatçıları bir daha təbrik etdi, can sağlığı və Azərbaycanımızın günü-gündən inkişafında tikinti quruculuq işlərinin böyük vüsət almasında onlara müvəffəqiyyətlər arzuladı.

Sonra “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Ağayev çıxış etdi. Bir inşaatçı kimi ölkəmizdə tikinti işlərinin sürətlə getdiyindən danışdı. «İnşaatçılar Günü»nün bir tərəfdən peşə bayramı kimi qeyd olunmasına sevindiyini, digər tərəfdən mediya tərəfindən zəif işiqlandırıldığı üçün təəssüf hissini vurğuladı. Arzu etdi ki, gələcəkdə inşaatçılarımızin böyük səyi nəticəsində ölkəmizdə gedən yenidənqurma işləri daha da sürətlə inkişaf etsin. Və 10 illik yubileyimiz televiziya və mediyada geniş yer alsın.

“Dəmir-Beton-8” ASC HİK-nın sədr müavini K.Hüseynov 35 il tikinti sektorunda işlədiyini bildirdi və inşaatçı adı ilə qürur duyduğunu qeyd etdi. Bundan sonra da inşaatçılarımızın böyük nailiyyətlər qazanmasına inandığını söylədi.

Holcim Azərbaycan ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin Meneceri, HİK-nin “Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası”nın sədri Tahirova Rəna xanım çıxış edərək bildirdi ki, təbii hələ görüləcək işlər çoxdur. Həmkarlar ittifaqının fəaliyyətinin həyata keçirilməsində komitənin hər bir üzvü fəal iştirak etməlidir. Əldə olunan nailiyyətlər ictimaiyyətə geniş çatdırılmalıdır.

Sonra söz Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar İttifaqının Baş Texniki Əmək müfəttişi Əliəddin Məmmədova verildi. O da həmçinin tədbir iştirakçılarını bü gün münasibəti ilə təbrik etdi və «İnşaatçılar Günü» , onun tarixi anları haqqında geniş məlumat verdi. Söz “Korgöz”ASC Həmkarlar İttifaqı komitəsinin sədri Ağaverdi Şıxıyevə verildi. O, bütün inşaatçıları Peşə bayramı münasibəti ilə təbrik etdi və arzu etdi ki, gələcəkdə bu bayramın 10 illiyinin təntənəli qeyd edilməsi biz inşaatçılara nəsib olsun. Daha sonra Holcim Azərbaycan ASC Həmkarlar İttifaqı Komitə sədri Məmmədov Mübariz, “Dəmir-Beton-8” ASC HİK-nın sədri Məmmədov Fərzalı çıxış etdi . Onlar da son illər tikinti sahəsindəki irəliləyişlərdən danışdılar. Bütün bu yüksək naliyyətlərin Prezidentimizin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olduğunu bildirdilər.

Sonra təltiflərə başlanıldı.

“İnşaatçılar Günü” peşə bayramı mühasibətilə AHİK-in Fəxri Fərmanı ilə 9 nəfər , AR “İnşaat-İş” Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə 17 nəfər təltif olundu. Bildirildi ki, Prezidentin fərdi təqaüdünə 1 nəfərin, əməkdar mühəndis adına 2 nəfərin, “Tərəqqi” medalına 2 nəfərin təqdimatı verilmişdir. Bundan sonra tədbirdə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuş iştirakçılara söz verildi. Mükafatçılar çıxış edərək bu gün münasibəti ilə Respublika Prezidentinə və «İnşaat-İş» Həmkarlar Komitəsinə öz dərin təşəkkürlərini bildirdilər. Onu da qeyd etdilər ki, bu Fəxri Fərman və mükafatlar onların gələcək işlərində, planlarında onlara böyük həvəs və dayaq olacaqdır. Onlara böyük ruh yüksəkliyi ilə quruculuğa və yaradıcılığa həvəsləndirəcəkdir.

Sonra xatirə şəkli çəkildi.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin gəlirləri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Gələn həftə BMT Beynəlxalq məhkəməsi Ermənistana qarşı qərarı açıqlayacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib (FOTO)
“Şəki” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb
Ata Abdullayevə dedim, bir quzu kəsdirim verim sənə, razılaşmadı - Masazır bələdiyyəsinin sədri
HHM bölmələrinin döyüş atışları keçirilib (VİDEO)
Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri
İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda 23 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
"Kazinform" "Türk dünyası" (turkic.world) media platformasına qoşulub (FOTO)
Azərbaycanda elektrik enerjisi istehsalı və ixracı artıb
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Xarici valyutaların manata qarşı məzənnələri
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Azərbaycanın tarixi qələbəsi İƏT-in gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb - Kamaləddin Qafarov
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Ronaldo Ballon d'Or 2021 mükafatlandırma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb
Bütün xəbərlər