...

AMEA-nın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq - O halda ki...

İqtisadiyyat Materials 13 May 2019 17:20 (UTC +04:00)
Dövlət qurumları və təşkilatları tərəfindən YT Parkda istehsal olunan məhsullara “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəliş tətbiq ediləcək.
AMEA-nın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq - O halda ki...

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar (YT) Parkında istehsal olunan məhsulların keyfiyyət göstəriciləri xaricdən idxal olunan məhsulların keyfiyyət göstəriciləri ilə eyni olduqda, dövlət qurumları və təşkilatları tərəfindən YT Parkda istehsal olunan məhsullara “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəliş tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.

Qaydanın əsas məqsədi Yüksək Texnologiyalar Parkında istehsal fəaliyyətinin stimullaşdırılması, rezidentlərlə dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi, YT Parkda istehsal olunan məhsullar üzrə dövlət sifarişlərinin verilməsinin həyata keçirilməsidir.

Parkda istehsal olunan məhsulların çeşidləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən olunur. YT Parkda istehsal olunan məhsulların qiymətləri bazar iqtisadiyyatının prinsipləri nəzərə alınmaqla, rezidentlər tərəfindən
müəyyən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti